Kreml: Qərb Afrika ölkələrinə Rusiya ilə sammit keçirməmək üçün təzyiq edir

15:45 25 İyul 2023

Kremlin sözçüsü Dmitriy Peskov Qərb ölkələrinin Rusiya-Afrika Sammitinin qarşısını almaq üçün təşəbbüslər göstərdiyini ifadə edərək deyib. "Demək olar ki, bütün Afrika dövlətləri sammitə qatılmamaq və sammitə mane olmaq üçün ABŞ-dan görünməmiş təzyiqlərə məruz qalıb. Fransa və Qərb diplomatik missiyaları da bunun üçün səy göstərir".

Sitat.info xəbər verir ki, Peskov bu həftə paytaxt Moskvada jurnalistlərə Sankt-Peterburqda keçiriləcək Rusiya-Afrika Sammiti ilə bağlı açıqlamalar verib.

Rusiyanın afrikalılarla bir araya gəlməsinin indiki dövrdə kritik əhəmiyyət kəsb etdiyinə diqqət çəkən Peskov: “Artıq aktiv olmayan taxıl müqaviləsi, bunun səbəbləri, Rusiyanın qlobal bazarları dəstəkləmə səyləri, bu mövzuda məsuliyyətli davranışı, hansı öhdəliklərin yerinə yetirilmədiyi və kimin tərəfində olduğu haqda danışmağa davam etmək lazımdır”, - deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti