Güclü yanğınlar İtaliyada da davam edir

17:57 25 İyul 2023

Güclü yanğınlar yalnız Yunanıstan və Türkiyədə deyil, İtaliyada da davam edir.

Sitat.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, İtaliyanın Palermoda hava limanı gecə saatlarında yanğın səbəbindən bağlanıb, 20-dən çox yaşayış binasına ziyan dəyib, 1,5 minə yaxın insan təxliyə edilib.

Mütəxəssislərin fikrincə, Siciliyada yanmış meşələri bərpa etmək üçün ən azı 15 il vaxt lazımdır.



Xəbər xətti