Şahin Bağırovun inspektoru...
Qardaşım Nicat Salmanovdur. 3 qız atası... Gömrük Komitəsində inspektor kimi çalışan birinin "halal" qazancla tikdirdiyi obyektdə usta işləyirdi. "Srok"u keçmiş lakı alıb, veriblər qardaşıma. Qardaşım bilməyib, lakdan zəhərlənib. 15 gün yataq vəziyyətində qaldı, hələ də özünə gələ bilmir. Zəhərlənmə başqa orqanlara da keçib, sıradan çıxarırmış. Özəl klinikalara bir ətək pul tökdük, iki dəfə də gecə saatlarında toksikologiyaya aparmışıq TƏBİB-çilər sağ olsun, anında xəstəxanaya çatdırdılar. Klinikalara 3-4 min manat xərci çıxdı.. Gömrük Komitəsində bu pul tum pulu ola bilər. Ancaq bu ailə üçün böyük rəqəmdir. Üstəgəl 1 aydır işləyə bilmir. Şahin Bağırovun inspektoru deyib ki, "get, kimə deyirsən, de". Bir dəfə belə baş çəkmədi qardaşıma, nə də dəyən ziyanı qarşıladı. Nehrəmlidirlər. İnspektorun işi götürən qohumu ilə görüşdüm, "bizi soruş biləcəksən kimik" dedi. "Müəllim özü də Gömrükdə işləyir" sözünü elə əda ilə dedi ki... Bizə keçməz bu..1 aydır ki, üz-üzdən utanar deyib, səsimi çıxarmadım, mətbuat xidməti ilə əlaqə saxladım, fotosunu, əlaqə nömrəsini verdim, dərdimi danışdım. Gəlsinlər, dəyən ziyanı qarşılasınlar, dedim. Sağ olsun, o danışıb, inspektorun rəisinə də deyib, ancaq bir aydır ki, xəbər çıxmır. Məsələ ilə bağlı bütün aidiyyatı orqanlara müraciət edəcəm...
Məğrur Salmanov,
Sitat.info