ABŞ rəsmi olaraq yenidən bu təşkilatın üzvü oldu

20:00 25 İyul 2023

Parisdə UNESKO və ABŞ bayraqlarının qaldırılması mərasimi keçirilib, tədbir Vaşinqtonun təşkilatın tərkibinə qayıtmasına həsr olunub.

Sitat.info xəbər verir ki, bu barədə "Assoşeyted Press" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, mərasimdə ABŞ-ın birinci xanımı Cill Bayden iştirak edib.

ABŞ hələ Donald Trampın prezidentliyi dövründə - 2018-ci ildə təşkilatı tərk edib, ölkə bu qərarı UNESKO-nun guya dərin yenidənqurmaya ehtiyacı olduğu ilə əsaslandırıb.



Xəbər xətti