Türkiyənin ANKA pilotsuz uçuş aparatı Qazaxıstanda sınaqdan keçirilməyə başlayıb

10:04 26 İyul 2023

Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən hazırlanmış pilotsuz uçuş aparatı ANKA-nın Qazaxıstanda sınaq uçuşlarına başlanılıb.

Sitat.info xəbər verir ki, Türkiyənin Cambul vilayətindəki xüsusi döyüş hazırlığı mərkəzində Türkiyənin ANKA pilotsuz uçuş aparatının sınaqları keçirilir.

"Sarbaz.kz"də yer alan xəbərə görə, Qazaxıstan hərbi hissəsinin uçuş və mühəndis heyəti tərəfindən həyata keçirilən sınaqları TAİ nümayəndələri müşayiət edir.

ANKA-nın hərbi əməliyyat mühakiməsi 2024-cü ilin mart ayının ortalarına qədər davam edəcək.

Sınaqlar uğurlu olarsa, ANKA Qazaxıstan ordusunun inventarına daxil ediləcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti