Avstraliyada sahilə vuran 50-dən çox balina ölüb

10:10 26 İyul 2023

Avstraliyanın qərbində kütləvi şəkildə sahilə vuran 51 pilot balinanın öldüyü açıqlanıb.

Sitat.info xəbər verir ki, hadisə Qərbi Avstraliyanın Pert şəhərindəki Cheynes Beach-də baş verib.

Qərbi Avstraliya Parklar və Vəhşi Təbiət Xidmətindən verilən açıqlamada 51 balinanın sahilə vuraraq öldüyü bildirilib, qalan 46 balinanın isə dərin sulara qaytarılması üçün könüllülər və təşkilatlarla birgə iş aparıldığı bildirilib.

Pilot balinaların güclü sosial əlaqələri olduğu bilinir. Dəniz mütəxəssislərinin fikrincə, əgər balina çətinliklə qarşılaşsa və quruya çıxsa, onu digər pilot balinalar izləyir.

Avstraliya və onun qonşusu Yeni Zelandiya, hər iki ada dövlətini əhatə edən dərin okeanlarda yaşayan pilot balinaların böyük koloniyalarına görə kütləvi balinaların sahilə çıxması üçün qaynar nöqtələr kimi tanınır.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti