İrəvanda 5 min kv.m ərazi yanır

10:33 26 İyul 2023

İrəvanın Nubaraşen şəhər zibilxanasında güclü yanğın baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Yanğınla bağlı müvafiq siqnal iyulun 25-də saat 22:37-də daxil olub. İlkin məlumatlara görə, 5000 kvadratmetr sahədə zibil yanır. Yanğının söndürülməsinə texnikalar cəlb olunub”, - məlumatda deyilir.



Xəbər xətti