Nigeriyada silahlı hücumda 34 nəfər ölüb

10:45 26 İyul 2023

Nigeriyanın Zamfara əyalətində silahlıların hücumu nəticəsində 34 nəfər həlak olub.

Sitat.info xəbər verir ki, Milli medianın məlumatına görə, Zamfara əyalətinin yerli təhlükəsizlik rəsmisi İsmayıl Maqaci verdiyi açıqlamada silahlı şəxslərin əyalətin Dan Qulbi bölgəsində silahlı hücum təşkil etdiyini bildirib.

Maqaji hücumda 7-si əsgər olmaqla 34 nəfərin həyatını itirdiyini, çoxlu sayda yaralının olduğunu açıqlayıb.

Qeyd edək ki, Zamfara əyaləti artıq 5 ildir ki, silahlı dəstələrin hücumları ilə üzləşir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti