Rusiyaya tətbiq edilən sanksiyalardan sonra məşhur rusiyalı oliqarx, 67 yaşlı Pyotr Avenin bütün biznesi məhv olub.
Bu barədə milyarderin özü “Financial Times”a açıqlamasında deyib.
Pyotr Avenin sözlərinə görə, Böyük Britaniyada onun Kremllə əlaqəsi olduğu haqda yayılan iddialardan sonra biznesi darmadağın edilib.
Avropa banklarının Rusiya ilə transsərhəd əməliyyatlarını dondurmasından bir neçə gün əvvəl, oliqarxın həyat yoldaşı Londonda bankomatlardan gələcəkdə baş verəcək hadisələrə hazır olmaq üçün mümkün qədər çox pul çəkib.
Avropa banklarının Rusiya ilə transsərhəd əməliyyatlarını dondurmasından bir neçə gün əvvəl, oliqarxın həyat yoldaşı Petr Aven Londonda təcili bir missiya ilə vaxt keçirdi: gələcək hadisələrə hazırlaşmaq üçün bankomatları gəzərək bacardığı qədər çox pul çıxardı.
Daha sonra əvvəlcə Avropa, sonra isə Böyük Britaniya Avenə qarşı sanksiyalar tətbiq edərək, onun bank hesabını və aktivlərini, o cümlədən Londonda zənginlərin yaşadığı "Sent Ceyms" məhəlləsindəki ən üst mərtəbədəki dupleks mənzili və şəhərətrafı qəsəbələrdəki sənət əsərləri ilə dolu malikanəsi dondurulub.
Ötən ay 4,5 milyard funt-sterlinq sərvəti olan rusiyalı keçmiş akademik, siyasətçi və iş adamı Aven indi ən sadə hesablarını belə ödəyə bilmədiyini deyib. O, həyatının bir gecədə dəyişdiyini və 30 il qurduğu hər şeyin tamam məhv olduğunu bildirib: "Biz indi birtəhər yeni həyata başlamalıyıq, hansı ki, bu bizim hazır olmadığımız bir həyatdır. Görəsən xadimə və sürücümün olmasına icazə veriləcək? Mən maşın sürə bilmiriəm. Bəlkə də ögey qızım sürər... Bundan sonra necə sağ qalacağımızı bilmirik".
Qeyd edək ki, ötən ay, hələ Rusiyanın Ukraynaya təcavüzündən bir neçə gün əvvəl Aven və bir neçə oliqarx Vladimir Putinə yaxın olmaqda ittiham olunurdu. Böyük Britaniyanın maliyyə sanksiyalarının tətbiqi idarəsi “Aven tanınmış rus iş adamı və Kremlpərəst oliqarxdır”, deyə bildirmişdi.
İndi 67 yaşlı Aven yaxın 20 gün ərzində Britaniyadan qovulacağını gözləyir. Onun Latviya və Rusiya pasportu, eləcə də ABŞ vizası olsa da o, arvadı və səkkiz yaşlı uşağı ilə birlikdə Böyük Britaniyada qalmaq istəyir. O, Britaniyadan ayrılarsa, tez qayıdacağına inanmadığını deyib: “Getsəm, heç vaxt geri qayıda bilməyəcəm”.
Aven həmçinin bildirib ki, hesablarının dondurulması ilə bağlı vəkil tapmağa çalışsa da bu məsələdə xeyli əziyyət çəkib.
"Britaniyalı hüquqşünaslar ruslarla işləmək istəmir", deyə o, bildirib. Aven sanksiyaların tez bir zamanda aradan qaldırılacağına ümid etmədiyini də açıqlayıb: “Mənə dedilər ki, sanksiyaları dəyişmək demək olar ki, mümkün deyil”. (Musavat.com)