ABŞ-da salmonella epidemiyası: 6 nəfər xəstəxanaya yerləşdirilib

12:18 26 İyul 2023

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri mal ətinin səbəb olduğu Salmonella epidemiyasına görə ABŞ-ın şimal-şərq ştatlarında 16 nəfərin xəstələndiyini, 6 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, ABŞ-da Salmonella epidemiyasında Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) Nyu-York, Nyu-Cersi, Konnektikut və Massaçusets ştatlarında ümumilikdə 16 hadisənin aşkar edildiyini qeyd edib.

Epidemiya səbəbiylə 6 nəfər xəstəxanaya yerləşdirilərkən, hadisələrin yeganə ortaq nöqtəsinin yedikləri ət olduğu müəyyən edilib, lakin qiymə üçün hələ də geri çağırış verilməyib.

Xəstələrin faktiki sayının daha çox ola biləcəyi və başqa əyalətlərdə də müşahidə oluna biləcəyi qeyd edildiyi, araşdırmaların davam etdiyi bildirilib.

Seymur Bənnayev

Sitat.info

 



Xəbər xətti