Brent markalı neftin bir barelinin qiyməti açıqlanıb

12:22 26 İyul 2023

Beynəlxalq bazarlarda Brent markalı neftin bir bareli 82,81 dollara satılır.

Sitat.info xəbər verir ki, ötən gün 83,47 dollara kimi bahalaşan Brent markalı neftin barrel qiyməti günü 83,25 dollarla tamamlayıb. Brent markalı neftin bir barelinin qiyməti bu gün 09.11-nə 0,53 faiz azalaraq 82,81 dollar olub. Eyni zamanda Qərbi Texas tipli (WTI) xam neftin bir bareli 79,19 dollardan alıcı tapıb.

Qiymətlərin azalmasında ABŞ-ın kommersiya xam neft ehtiyatlarının artması və faiz artımının gözlənilməsi təsirli olub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti