Lavrovun həmkarları ilə danışıqları asan keçmədi...

13:11 26 İyul 2023

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 25-də Moskvada keçirilən üçtərəfli görüşü Ermənistan-Azərbaycan nomallaşma prosesi kontekstində zəruri mərhələ oldu.

Sitat.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin özünün sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, danışıqlar müsbət qiymətləndirilməlidir:

"Sergey Lavrovun Azərbaycan və Ermənistandan olan həmkarları ilə danışıqları asan keçməsə də, faydalı oldu".

Karasin eyni zamanda vurğulayıb ki, rəsmi Bakı ilə İrəvan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesinin çətinliklərinə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü kontekstində Qarabağın erməniəsilli əhalisinin hüquqları və təhlükəsizliyi nəzərə alınmaqla, Moskva görüşünü zəruri və vaxtında baş tutan mərhələ hesab etmək olar.



Xəbər xətti