Makron qazın dəyərinin rublla ödənilməsinə qarşı çıxıb

12:44 26 Mart 2022

Fransa Prezidenti Emmanuel Makron Rusiyadan idxal edilən qazın dəyərinin dollarla ödənilməsinə qarşı çıxıb.

SİTAT.İNFO Apa-ya istinadən xəbər verir ki, Fransa lideri bildirib ki, bu yanaşma müqaviləyə ziddir.

“Rusiya qazının dəyəri müqavilədə göstərilmiş valyuta ilə ödənilməlidir. Söhbət avrodan gedir” – deyə Makron qeyd edib.

Dövlət başçısı eyni zamanda təbii qazın qiymətinin aşağı salınmasınında prioritet olduğunu vurğulayıb.



Xəbər xətti