Tayvan adanın ətrafında uçan 13 Çin hərbi təyyarəsini izlədiyini açıqlayıb

14:02 26 İyul 2023

Tayvan, Çin Xalq Azadlıq Ordusuna (ÇXR) aid 13 hərbi təyyarənin adanın ətrafında uçduğunu açıqlayıb və Pekinin fəaliyyətlərini izləmək üçün bölgəyə döyüş təyyarələri, hərbi dəniz gəmiləri və raket sistemlərinin göndərildiyini qeyd edib.

Sitat.info xəbər verir ki, "Taiwan News"un məlumatına görə, Tayvan Müdafiə Nazirliyindən verilən açıqlamada, yerli vaxtla 25 iyul 06:00 -26 iyul 06:00 arasında Tayvan ətrafında uçan 13 Çin hərbi təyyarəsinin izlənildiyi paylaşılıb.

Açıqlamaya görə, Çin hərbi təyyarələri bu müddət ərzində Tayvan boğazının orta xəttini keçməyib və 13 hərbi təyyarədən 2 "Chengdu J-10" və 1 "KJ-500" hava erkən xəbərdarlıq və nəzarət təyyarəsi Tayvanın "Hava Hücumundan Müdafiə Müəyyənetmə Bölgəsi" (ADİZ) elan etdiyi rayonun cənub-qərb hissəsində müşahidə edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti