Aİ: Ukrayna taxılının ixracı üçün bütün dəhlizləri qiymətləndiririk

14:06 26 İyul 2023

Avropa İttifaqı (Aİ) administrasiyası məlumat verib ki, Qara dəniz taxıl sazişi dayandırıldıqdan sonra Ukraynanın istehsal etdiyi taxılın dünya bazarlarına ixracı üçün bütün dəhlizləri qiymətləndirib.

Sitat.info xəbər verir ki, Ukrayna taxılının ixracı ilə bağlı sualı cavablandırarkən, Aİ Komissiyasının sözçülərindən biri Adalbert Jahnz, Litva nazirlərindən Ukrayna taxılının Baltikyanı ölkələrin limanlarından göndərilməsi təklifi ilə bağlı məktub aldıqlarını təsdiqləyib.

Litvanın məktubuna qısa zamanda cavab verəcəklərini bildirən Jahnz, AB-nin taxıl ixracı üçün Qara dəniz xaricindəki qurudan yaradılan “həmrəylik yolları” deyilən xətlərin olduğunu xatırladıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti