Rodosda fövqəladə vəziyyət elan edildi

15:34 26 İyul 2023

Yunanıstan xüsusilə Rodos adasında günlərdir nəzarət altına alına bilməyən meşə yanğınları ilə mübarizə aparır. Bütün Rodos ərazisində fövqəladə hal elan edilib.

Sitat.info xəbər verir ki, Yunan mətbuatında yer alan xəbərə görə, alovlar adanın Malonas, Vatio və Genadio bölgələrində yenidən yüksəlməyə başlayıb və yeni təxliyyələr edilib.

Bütün müdaxilələrə baxmayaraq, 9 gün əvvəl başlayan yanğın hələ də nəzarət altına alına bilməyib və güclü küləyin təsiri ilə alov daha da şiddətlənib.

Digər tərəfdən Korfu adasında başlayan yanğın genişlənməyə davam edərkən, dünən gecə saatlarında bölgədəki bəzi yaşayış məntəqələri ehtiyat tədbiri olaraq boşaldılıb.

Apraos və Kalamaki bölgələrində bəzi ev və iş yerləri yanğın nəticəsində zərər görüb.

Seymur Bənnayev

​​​​​​​Sitat.info



Xəbər xətti