Yaponiyada yerli əhali azaldı, əcnəbilərin sayı artdı

16:36 26 İyul 2023

Yaponiya Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə əhalisi 2022-ci ildə 2021-ci illə müqayisədə 800 min nəfərdən çox azalıb. Ölkədəki əcnəbi əhalinin sayı 10 faiz artaraq 3 milyona yaxın olub.

Sitat.info xəbər verir ki, Yaponiya Daxili İşlər Nazirliyinin əhali məlumatları 14-cü ildə ölkə əhalisinin azaldığını göstərib.

İndiyə qədər ən böyük illik azalma 771 min ilə 1979-cu ildə qeydə alınıb. 2022-ci ildə ölkə əhalisi 800 min nəfər azalıb. Yaponiya mediası ölkədə ilk dəfə olaraq 47 bölgədə azalma olduğuna diqqət çəkib.

Ölkədə yerli əhalinin sayı azaldığı halda, xarici əhalinin sayı artır. Məlumatlara görə, əcnəbi əhalinin sayı 10 faiz artaraq təxminən 3 milyon nəfərə çatıb. Yerli əhalinin əksinə olaraq bütün bölgələrdə əcnəbi əhalinin artdığı bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti