Nigerdə çevriliş cəhdi: Prezident Bazoum saxlanılıb

17:46 26 İyul 2023

Nigerdə prezident Mohamed Bazoum dövlət çevrilişinə cəhd etdiyi iddia edilən Mühafizə Alayının ünsürləri tərəfindən saxlanılıb.

Sitat.info xəbər verir ki, yerli mətbuatın məlumatına görə, Nigerin daxili işlər naziri Hamadou Adamou Souley və prezident Mohamed Bazoum Prezident sarayında Prezident Mühafizə Alayına bağlı ünsürlər tərəfindən saxlanılıb.

Gün ərzində Rəyasət Heyətinin Twitter hesabında Bazoum və ailəsinin vəziyyətinin yaxşı olduğu barədə məlumat paylaşılıb və Prezident Mühafizə Alayının ünsürlərinin Respublika əleyhinə təşəbbüs irəli sürdüyü açıqlanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti