Kür çayının sahilində uşaq meyiti aşkarlanıb.
Sitat.info xəbər verir ki, "112" qaynar telefon xəttinə, Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1 nəfər uşağın batması barədə məlumat daxil olub.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.