Hakan Fidan çinli həmkarı ilə görüşdü

19:45 26 İyul 2023

Türkiyənin xarici işlər naziri Hakan Fidan çinli həmkarı Vanq Yi ilə Ankarada görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə RİA diplomatik mənbəyə istinadən məlumat yayıb.

Görüş zamanı nazirlər Ukraynadakı, Yaxın Şərq və qlobal maliyyə sistemindəki vəziyyəti dəyərləndiriblər. Həmçinin, Çindəki uyğurların mövqeyi haqda da müzakirələr aparılıb.

Qeyd edək ki, bu yeni xarici işlər naziri təyin olunmuş Vanq Yinin ilk rəsmi xarici səfəridir.



Xəbər xətti