Beyləqanda Qazini bu şəxslər döyüb

20:19 26 İyul 2023

Beyləqanın Kəbirli kəndində Vətən müharibəsi Qazisi, "Cəsur döyüşçü" medallı İlqar Elxan oğlu Məmmədov kənd icra nümayəndəsi Bakir Ağayev, icra nümayəndəsinin oğlu, qayını Xanlar və oğlanları tərəfindən döyülüb, çənəsi və qolu sındırılıb.

Sitat.info xəbər verir ki, İMEDİA TV-nin məlumatına görə, hadisə 10 gün öncə, suvarma suyu üstündə baş verib. Kənd icra nümayəndəsi Bakir Ağayev İMEDİA TV-nin əməkdaşı ilə söhbətində özünün və oğlunun hadisə zamanı orada olmadığını bildirsə də, qayını və qayını oğlanlarının Qaziyə xəsarət yetirdiyini etiraf edib.

"10 gün ərzində Qaziyə baş çəkmisinizmi" sualına cavabında isə B.Ağayev bunları deyib: 

"Düşündüm ki, birdən mənə xoşagəlməz sözlər deyərlər. Amma İlqarın əmisi ilə görüşmüşəm".




Xəbər xətti