Tunisdə 48 saat ərzində 16 meşə yanğını baş verib

20:25 26 İyul 2023

Tunisin müxtəlif əyalətlərində iki gündə 16 yanğın baş verib.

Sitat.info xəbər verir ki, Tunis Mülki Müdafiə Administrasiyasının sözçüsü Muaz Teria ölkə daxilində baş verən meşə yanğınları ilə bağlı yerli mətbuata açıqlama verib.

Teria bildirib ki, son 48 saatda Binzert, Cenduba, Silyana, Beca, Nabel, Kayravan, Kasrin və Gabes əyalətlərində meşə sahələrində 16 fərqli yanğın baş verib.

Bu yanğınların çoxunun söndürüldüyünü və ya nəzarət altına alındığını ifadə edən Teria deyib: “Cenduba, Silyana və Binzertdəkilər istisna olmaqla, digər yanğınlar nəzarət altına alınıb. Komandalar yanğınların davam etdiyi ərazilərdə işlərini davam etdirirlər”.

Seymur Bənnayev

​​​​​​​Sitat.info



Xəbər xətti