Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin hava hücumundan müdafiə sistemi üçün əlavə qüvvələrin gəldiyini və ən çox ehtiyac duyulan yerə göndəriləcəyini bildirib.
Sitat.info xəbər verir ki, Zelenski sosial media hesabından verdiyi açıqlamada cəbhədəki vəziyyət və silah tədarükü ilə bağlı iclas keçirdiyini bildirib.
Toplantıda silah və sursat tədarükü ilə bağlı aktual hesabatları dinlədiyinə diqqət çəkən Zelenski deyib:"Havadan müdafiə sistemimiz üçün gücləndiricilərimiz var, ən çox ehtiyac duyulan yerə göndəriləcək".
Kənan Bənnayev
Sitat.info