Yüzlərlə fanatik yəhudi Məscidül-Əqsaya basqın edib

20:31 26 İyul 2023

Yüzlərlə fanatik yəhudi mühacir İsrail polisinin müşayiəti ilə işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqın edib.

Sitat.info xəbər verir ki, Qüds İslam Vəqfləri İdarəsindən adının açıqlanmasını istəməyən bir rəsminin AA müxbirinə verdiyi məlumata görə, səhər saatlarında 343 fanatik yəhudi İsrail polisinin himayəsi altında Hərəmi-Şərifə daxil olub.

Günorta namazından sonra 86 fanatik yəhudi köçkün Məscidül-Əqsaya basqın edib.

Fanatik yəhudilər basqın zamanı Əqsa həyətində müxtəlif dini ayinlər icra ediblər.

İsrail polisinin müşayiəti ilə keçirilən reyddə Likud Partiyasının keçmiş deputatı ravvin Yehuda Qlik də iştirak edib.

İsrail fanatik qrupları, keçmişdə burada olduğu iddia edilən “məbədin dağıdılmasının ildönümü” bəhanəsi ilə Məscidül-Əqsaya basqın etməyə çağırıblar.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti