Araik Arutyunyan yenə Putinə müraciət edib yalvardı

13:45 26 Mart 2022

Qarabağdakı separatçı-terrorçu qrupların rəhbəri, Azərbaycan hüquq-mühafizə orqanları tətəfindən barəsində 4 maddə ilə cinayət işi qaldırılan və İnterpol xəttilə axtarış elan edilən Araik Arutyunyan Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Arutyunyan Rusiya liderindən kömək istəyib. Bildirilir ki, müraciət qondarma qurumun oyuncaq “təhlükəsizlik şirası”nın 25 martdakı iclasında qəbul edilib.

A.Arutyunyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın pozulmasına görə Azərbaycanı ittiham edib, həyasızcasına. Üçtərəfli bəyanata görə, rəhbərlik etdiyi qanunsuz silahlıları dərhal Qarabağdan çıxarmalı olan Arutyunyan 8 martdan etibarən Qarabağ ermənilərinin qazsız qalmasına görə də günahı Azərbaycanın üzərinə atmağa cəhd edib.

O, həmçinin Azərbaycan hərbçilərinin öz mövqelərini irə çəkdiyinə görə şikayətlənib və yalvar-yaxışla Putindən yardım istəyib.



Xəbər xətti