Almaniyadan Misirə avtomobil daşıyan gəmidə yanğın davam edir

14:20 27 İyul 2023

Almaniyadan Misirə gedən avtomobilləri daşıyan gəmidə başlayan yanğın 24 saatdan çox keçməsinə baxmayaraq hələ də söndürülə bilməyib.

Sitat.info xəbər verir ki, yerli media, Hollandiya sahilləri yaxınlığındakı Şimal dənizində, içərisində 25-i elektrik olmaqla, təxminən 3000 avtomobilin olduğu yük gəmisinə söndürmə suyundan istifadə edilərsə, çevrilmə təhlükəsi səbəbindən müdaxilə edilə bilməyəcəyini bildirib.

Yanğının elektriklə işləyən avtomobillərdən qaynaqlana biləcəyini deyən mütəxəssislər belə yanğınları su ilə söndürməyin mümkün olmadığını bildirirlər.

Seymur Bənnayev 

Sitat.info



Xəbər xətti