Rusiya prezidenti Vladimir Putin Rusiyanın kənd təsərrüfatı ixracına tətbiq etdiyi sanksiyalara görə Qərb ölkələrini ikiüzlülükdə günahlandıraraq deyib: “Yaxın 3-4 ayda Burkina Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreya bölgələeinə 25-50 min ton pulsuz taxıl tədarük ediləcək".
Sitat.info xəbər verir ki, Putin, Sankt-Peterburqda keçirilən Rusiya-Afrika Sammitində çıxış edib.
Rusiyanın dünyaya taxıl və gübrə ixracının Qərb ölkələri tərəfindən çətinləşdirildiyinə diqqət çəkən Putin: “Digər tərəfdən qlobal ərzaq bazarındakı böhranda ikiüzlülüklə bizi günahlandırırlar. Bu, taxıl müqaviləsinin icrasında özünü büruzə verdi”, - deyə qeyd edib.
Seymur Bənnayev
Sitat.info