Rusiya daha bir “onlayn qadağa” tətbiq etdi

16:12 27 İyul 2023

2023-cü il dekabrın 1-dən Rusiya seqmentində olan saytlarda qeydiyyatdan keçmək üçün istifadəçi rus telefon nömrəsini, rus e-poçtunu, dövlət qulluğu barədə informasiyaları təqdim etməli və ya biometrik məlumatlardan istifadə etməlidir.

Sitat.info xəbər verir ki, bu barədə müvafiq qanun layihəsini Rusiya Dövlət Duması üçüncü oxunuşda qəbul edib.

“Dəyişikliklər istifadəçi identifikasiyasının tələb olunduğu saytlara aiddir. Bu o deməkdir ki, belə bir qayda qəbul olunarsa, Rusiya yurisdiksiyasından kənarda olan elektron poçt ünvanından istifadə edərək Rusiya saytında qeydiyyatdan keçmək mümkün olmayacaq”, - qanunda deyilir.



Xəbər xətti