Putin: Son bir neçə gündə toqquşmalar xeyli güclənib

17:14 27 İyul 2023

Rusiya prezidenti Vladimir Putin Ukrayna ordusunun son 24 saat ərzində xeyli itki verdiyini bəyan edərək deyib: "Son bir neçə gündə toqquşmalar xeyli intensivləşib. Əsas qarşıdurmalar Qərbdə deyildiyi kimi, əsasən Zaporojya istiqamətində olub".

Sitat.info xəbər verir ki, Putin, Sankt-Peterburqda Rusiya dövlət televiziyası olan “Perviy kanal”a Ukraynadakı müharibə ilə bağlı açıqlamalar verib.

Ukrayna ordusunun son 24 saatda həm şəxsi heyətini, həm də texnikasını itirdiyini bildirən Putin: "Çox şey itirdilər, 200-dən çox insan. Təəssüf ki, bizim də itkilərimiz oldu, amma çox böyük fərq var, on qat az itki verdik", - deyə açıqlamasında deyib.

Seymur Bənnayev

Sitat.info




Xəbər xətti