ÜST-dən həyəcan təbili: Yüz minlərlə uşaq...

18:17 27 İyul 2023

Aşağı və orta gəlirli ölkələrdə xərçəng diaqnozu qoyulmuş yüz minlərlə uşaq üçün müalicə əlçatmazdır və bu, onların sağ qalma şanslarını ciddi şəkildə məhdudlaşdırır.

Sitat.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib.

ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi həftəlik mətbuat brifinqində deyib ki, aşağı gəlirli ölkələrin yalnız dörddəbiri uşaq xərçəngi dərmanlarını ictimai imtiyazlar vasitəsilə təqdim edir:

“Bu, uşaqları və ailələri əhəmiyyətli əzablara və maddi sıxıntılara məruz qoyur, həmçinin onların keyfiyyətsiz və saxta dərmanlar almaq riskini daha da artırır. Nəticədə, bu ölkələrdə uşaqların sağ qalma səviyyəsi yüksək gəlirli ölkələrdəki həmyaşıdları ilə müqayisədə 30 faizdən də azdır. Halbuki, inkişaf etmiş ölkələrdə azyaşlılar arasında xərçəngin yayılması 90 faiz azdır”.



Xəbər xətti