Səudiyyə Ərəbistanından Omana 5 milyard dollar investisiya

19:18 27 İyul 2023

Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu və Oman İnvestisiya İdarəsi arasında anlaşma memorandumu imzalanıb, Omana 5 milyard dollarlıq sərmayə qoyuluşuna yol açılıb.

Sitat.info xəbər verir ki, Oman xəbər agentliyi ONA və Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinin verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı bu anlaşma memorandumu ilə Omanda müxtəlif aktiv sinifləri və bəzi hədəf sektorlarına daxil olaraq investisiyalarını artırmağı hədəfləyir.

Anlaşma memorandumu Səudiyyə Ərəbistanı İctimai İnvestisiya Fondunun (İİF) və onun Omandakı törəmə müəssisələrinin portfelini böyütmək üçün investisiya imkanlarını təmin edəcək bir sıra təşviq və imtiyazları ehtiva edir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti