İsveç: Qurani-Kərimin yandırılması ölkənin təhlükəsizlik vəziyyətini pisləşdirib

19:23 27 İyul 2023

İsveçin ədliyyə naziri Qunnar Strömmer Qurani-Kərimin yandırılması hərəkətlərinin ölkəsinin təhlükəsizlik vəziyyətini pisləşdirdiyini və onun imicinə mənfi təsir etdiyini bildirib.

Sitat.info xəbər verir ki, Strömmer və İsveç Kəşfiyyat İdarəsinin  rəhbəri Şarlotta fon Essen ölkədə Qurani-Kərimin yandırılması iləbağlı təxribatların artması ilə əlaqədar mətbuat konfransı keçirib.

Dünyanın müxtəlif yerlərində Quran yandırma hərəkətləri və əks etirazların İsveçdə təhlükəsizlik risklərini artırdığına diqqət çəkən Strömmer deyib: "İsveçin İslamofob ölkə kimi göstərilməsi ciddi bir vəziyyətdir. Bu, təhlükəsizlik vəziyyətini daha da pisləşdirdi və ölkəmizin imicinə mənfi təsir göstərdi”. 

Strömmer terrorla mübarizə işlərinin sürətləndirildiyini və 15 qurumun həyəcan vəziyyətinə gətirildiyini bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti