İsraildə 830 hərbçi istefa verdi

19:25 27 İyul 2023

İsraildə 830 hərbçi ölkə daxilində kütləvi etirazlara və gərgin ictimai müzakirələrə səbəb olan məhkəmə islahatlarına cavab olaraq istefa vermək qərarına gəlib.

Sitat.info xəbər verir ki, İsrail İctimai Yayım Korporasiyası (İİYK) İsrail Hərbi Hava Qüvvələrinin təxminən 830 əsgərinin, o cümlədən 260-dan çox pilotun postu tərk etdiyini bildirib.

İsrail ordusu radiosunda adı açıqlanmayan ordu sözçüsü qeyd edib ki, əsgərlərin imtinası ordunun effektivliyini təhlükə altına alır.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti