Putin Zimbabve liderinə helikopter hədiyyə edib

21:58 27 İyul 2023

Rusiya prezidenti Vladimir Putin zimbabveli həmkarı Emmerson Mnanqaqvaya prezident helikopterlərindən birini hədiyyə edib.

Sitat.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiya-Afrika Sammiti zamanı prezident helikopterlərindən birini həmkarı Emmerson Mnanqaqvaya təhvil verib.

Yaxın vaxtlarda Zimbabveyə göndəriləcək helikopterə baxış keçirən Mnanqaqva hər iki ölkənin Qərb sanksiyalarına məruz qaldıqları üçün əməkdaşlıq etməli olduqlarını bildirib.

Qeyd edək ki, Zimbabvenin müstəqillik mübarizəsindən bəri Rusiya ilə sıx əlaqələri var.

Seymur Bənnayev

​​​​​​​Sitat.info



Xəbər xətti