Rusiyaya məxfi məlumat ötürənlər həbs olundu

09:46 28 İyul 2023

Fransada gizli texnologiyanı Rusiya və Çinə ötürməkdə ittiham olunan 4 nəfər həbs olunub.

Sitat.info xəbər verir ki, bu barədə “Lokal” məlumat yayıb.

Nəşrin mənbələrinə görə, iki fransız və iki çinliyə qarşı ittiham irəli sürülüb:

“Onların arasında yarımkeçiricilərin istehsalı ilə məşğul olan yüksək texnologiyalı “Omnic” şirkətinin iki top meneceri də var. Şirkət Paris yaxınlığında yerləşir və orada 100-ə yaxın işçi çalışır. “Omnic”in direktoru Mark R. və şirkətin çinli meneceri Fransanın milli maraqlarına zidd olan sistemlər, sənədlər və ya fayllar haqqında məlumatları xaricə ötürməkdə şübhəli bilinir”.



Xəbər xətti