Səudiyyə Ərəbistanı Danimarkaya etiraz notası verib

12:07 28 İyul 2023

Səudiyyə Ərəbistanı Kopenhagendə Qurani-Kərimin yandırılması ilə əlaqədar Danimarkanın Ər-Riyaddakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

Sitat.info xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Danimarkada radikal bir qrupun Quranı yandırmaq, İslam və müsəlmanlara qarşı irqçi şüarlar səsləndirmək kimi hərəkətlərinin daha əvvəl də pisləndiyi bildirilib.

Açıqlamada Danimarkanın Ər-Riyaddakı müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə çağırılaraq etiraz notası verildiyi, beynəlxalq normalara, qanunlara uyğun gəlməyən bu cür biabırçı hərəkətlərin qarşısının alınması üçün Danimarkadan istənildiyi vurğulanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti