Uranla zəngin Nigerdə çevriliş nə deməkdir?

12:40 28 İyul 2023

Polkovnik-leytenant Amadou Abdramanenin rəhbərlik etdiyi televiziyada açıqlama verən zərbəçilər Bazum hökumətini devirdiklərini iddia ediblər.

Sitat.info xəbər verir ki, Nigerdə ötən gün baş verən hərbi çevriliş cəhdinin təfərrüatları araşdırılır.

Ölkənin demokratik yolla seçilmiş ilk prezidenti Məhəmməd Bazumun müdafiəsinə cavabdeh olan mühafizə alayının ünsürlərinin Bazumun saxlanılması ilə başladığı çevrilişə ordu da dəstək verib.

Niger Silahlı Qüvvələri ölkədə qan tökülməsinin qarşısını almaq üçün idarəçiliyi ələ keçirən və özlərini Vətəni Müdafiə Milli Şurası adlandıran qrupa dəstək verdiklərini açıqlayıb.

Hökumət rəsmiləri isə çevrilişin hələ də yekunlaşmadığını iddia edərək, xalqı çevrilişə qarşı durmağa çağırıblar. Paytaxt Niameydə toplanan izdiham da çevrilişə reaksiya verib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti