Yaponiya Rusiyaya avtomobil ixracı qadağasının əhatə dairəsini genişləndirir

13:54 28 İyul 2023

Artıq Rusiyaya dəbdəbəli avtomobillərin ixracına qadağa qoyan Yaponiyanın qadağanın əhatə dairəsini genişləndirdiyi bildirilib.

Sitat.info xəbər verir ki, "Kyodo News" xəbərinə görə, Ukrayna-Rusiya müharibəsi səbəbiylə G7 ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara uyğun olaraq, Yaponiya avtomobil ixracı qadağasının əhatə dairəsini yeni və ikinci əl benzin və dizel mühərrikli avtomobilləri, 1900 sm³ qədər mühərrik silindrinin həcmi, həmçinin elektrik və hibrid avtomobilləri də əhatə edəcək şəkildə genişləndirdi. 

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Nişimura Yasutoşi sanksiyaları “beynəlxalq ictimaiyyətlə əməkdaşlıq çərçivəsində” qətiyyətlə həyata keçirəcəklərini bəyan edib.

Qeyd edək ki, Yaponiyanın Rusiyaya ixracı 2022-ci ildə əvvəlki ilə nisbətən yüzdə 30 azalaraq təxminən 4,3 milyard dollara enib.

2022-ci ilin may ayında Yaponiya Rusiyaya 43 min dollardan çox dəyəri olan avtomobillərin ixracını qadağan etdib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti