Arzu Sahib qızı Cavadova Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Sitat.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə İsmayıl Fikrət oğlu Zərgərli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin olunub.
Həmçinin daha bir sərəncamla Ziba Tacəddin qızı Mustafayeva Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.