Putin: Afrika ölkələrinin 23 milyard dollarlıq borcunu sildik

17:40 28 İyul 2023

Afrika ölkələri ilə əlaqələri yaxşılaşdırmaqda qərarlı olduqlarını ifadə edən Rusiya prezidenti Putin: "Rusiya Afrika ölkələrinin borc yükünün yüngülləşdirilməsi işlərində iştirak edir. Afrika ölkələrinin silinmiş borcu indiyə qədər 23 milyard dollara çatıb. Son tələblərə görə , biz bu məqsədlər üçün əlavə 90 milyon dollar ayıracağıq”, - deyib.

Sitat.info xəbər verir ki, Putin, Sankt-Peterburqda keçirilən Rusiya-Afrika Sammiti çərçivəsində Afrika ölkələrinin liderlərinin bir araya gəldiyi toplantıda çıxış edib.

Bəzi ölkələrin maliyyə, texnologiya və qida kimi sahələrdə monopoliyaya çevrilməsinin qəbuledilməz olduğunu vurğulayan Putin deyib: "Bununla mübarizə aparılmalıdır. Sovet İttifaqı Afrikada çoxlu sayda müəssisə, elektrik stansiyası və polad fabrikləri inşa etmişdi. Biz bu təcrübəyə qayıtmalıyıq, biz bunu əsaslı şəkildə və beynəlxalq platformalarda edəcəyik”.

Kənan Bənnayev

Sitat.info



Xəbər xətti