İsrail İsveçdə Tövratın yandırılmasının qarşısını almağa çalışır

17:43 28 İyul 2023

İsveç polisinin 50 yaşlarında bir qadına İsrailin Stokholmdakı səfirliyi qarşısında Tövratı yandırmasına icazə verməsindən sonra İsrail aksiyanın qarşısını almaq üçün çalışdığını açıqlayıb.

Sitat.info xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, xarici işlər naziri Eli Kohen etirazın qarşısını almaq üçün isveçli həmkarı Tobias Billström ilə telefon danışığı aparıb.

Görüş zamanı Kohen bəyan edib ki, İsveçdə Tövratın yandırılması aktı iki ölkə arasındakı münasibətlərə ciddi zərbə vura bilər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti