Taliban Kabildə mobil interneti əngəllədi

18:11 28 İyul 2023

Taliban hərəkatı Aşura günü ilə bağlı Kabildə mobil interneti müvəqqəti olaraq dayandırıb.

Sitat.info xəbər verir ki, bu barədə RİA Novosti mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Taliban dini mərasimlər zamanı paytaxtda təhlükəsizliyin təmin edilməsi məqsədilə bu addımı atıb.

Bildirilib ki, vətəndaşların mobil internetdən istifadəsinə məhdudiyyətlər günün sonuna qədər qüvvədə ola bilər.



Xəbər xətti