İsraillilər vətəndaş müharibəsindən qorxurlar

21:56 28 İyul 2023

İsraildə siyasi və ictimai müxalifətin reaksiyasına səbəb olan məhkəmə islahatlarından sonra aparılan sorğu ölkədə vətəndaşların əksəriyyətinin vətəndaş müharibəsindən qorxduğunu ortaya çıxarıb.

Sitat.info xəbər verir ki, İsrailin “Maariv” qəzetinin sorğusuna əsasən, İsrail vətəndaşlarının 58 faizi ölkədə vətəndaş müharibəsinin başlanmasından qorxur.

Sorğu məlumatlarına görə, İsrail vətəndaşlarının 38 faizi vətəndaş müharibəsi ehtimalından qorxmur, 4 faizi isə sorğunu cavabsız qoyub.

Qeyd edək ki, ümummilli kütləvi etirazlara və gərgin ictimai müzakirələrə baxmayaraq, Ali Məhkəmənin hökumət üzərində nəzarətini ləğv edən qanun layihəsi iyulun 24-də İsrail parlamentində qəbul edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti