ABŞ-da isti hava kaktusları öldürür

22:19 28 İyul 2023

ABŞ-ın Arizona ştatının Feniks şəhərində botanika bağçasında son günlər isti hava şəraiti səbəbindən kaktuslar ölür.

Sitat.info xəbər verir ki, ABŞ-ın Arizona ştatında rekord həddə çatan temperatur botanika bağlarına da təsir edib.

Feenixdəki Səhra Nəbatat Bağının alimi Kimberlie McCue, musson yağışlarının olmaması səbəbindən 15-20 metr böyüyə bilən saquaro kaktuslarının təxminən 45 dərəcəyə çatan isti dalğasından pis təsirləndiyini qeyd etdib.

McCue qeyd edib ki, saguaro kaktus olduqca normal görünsə də, isti hava səbəbindən içəridən xaricə çürüyə və qəfil yıxıla bilər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti