Pakistanda musson yağışları nəticəsində 169 nəfər ölüb

23:08 28 İyul 2023

İyunun 25-dən bəri Pakistanda təsirli olan musson yağışlarının səbəb olduğu fəlakət və qəzalarda həyatını itirənlərin sayı 169-a çatıb.

Sitat.info xəbər verir ki, Pakistan Milli Fəlakət İdarəsi Agentliyindən verilən açıqlamaya görə, musson yağışları ölkə daxilində həyata mənfi təsir edib.

İyunun 25-dən bəri ölkədə yağan təsirli musson yağışları nəticəsində baş verən fəlakətlər və qəzalar Pəncabda 67, Xeybər-Paxtunxvada 47, Sinddə 21, İslamabadda 11, Bəlucistanda 10, Azad Cammu Kəşmirdə 8, Gilgit-Bəltistanda 5 nəfəsin ölümünə səbəb olub.

Pakistanda həyatını itirənlərin sayı 169-a, yaralıların sayı isə 256-ya yüksəlib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti