İyulun 27-də saat 19 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisindən “Priora” markalı bir avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsi və Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şamaxı rayon sakini olan yeniyetmə Səbail rayonu ərazisində avtomobillə saxlanılıb.
Araşdırma aparılır.