Yaponiya Rusiya ilə Kuril adaları üsündə toqquşmanın baş verəcəyini artıq istisna etmir ...
Rusiyanın Kuril adalarının mənsubiyyəti ilə bağlı danışıqlardan çəkilməsi burada ABŞ-ın təsirinin artmasına, həmçinin rəsmi Tokio ilə toqquşmaya gətirib çıxara bilər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Yaponiya parlamentinin yuxarı palatasının üzvü, Munoe Sudzuki Shukan Gendai agenltiyinə danışıb.
“Əgər Rusiya ilə sülh müqaviləsi və “şimal əraziləri” (yaponlar Kuril adalarını belə adlandırırlar-red.) baş tutmasa toqquşma qaçılmazdır”, - deyə M.Sudzuki bildirib.
Yapon siyasətçi Kremlin danışıqlardan vaz keçməsində rəsmi Tokionun son sanksiyalarının da rol oynadığını etiraf edib.
Buna görə o, dialoqun davam etdirilməsinin Yaponiyanın marağında olduğunu vurğulayıb.
“Bu bizə həm ABŞ, həm də Rusiya qarşısında mövqelərimizi möhkəmləndirməyə imkan verər”, - deyə Munoe Sudzuki söyləyib.