Sudan hava məkanı avqustun 15-dək bağlı olacaq

12:10 31 İyul 2023

Aprelin ortalarından bəri vətəndaş müharibəsinin davam etdiyi Sudanda hava məkanının bağlanması qərarı daha 2 həftə uzadılıb.

Sitat.info xəbər verir ki, Sudan Mülki Aviasiya İdarəsi humanitar yardım və evakuasiya uçuşları istisna olmaqla, hava məkanının bağlanması qərarının avqustun 15-dək uzadıldığını açıqlayıb.

Aprelin ortalarında ordu ilə Çevik Dəstək Qüvvələri (ÇDQ) arasında baş verən vətəndaş müharibəsindən sonra Sudan hava məkanı müntəzəm hava nəqliyyatı üçün bağlanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti