Pakistanda intiharçı hücumu nəticəsində ölənlərin sayı 54-ə çatıb

14:18 31 İyul 2023

Pakistanın Xayber Paxtunxva əyalətində koalisiya hökumətinin ortaqlarından olan İslam Üləma Cəmiyyəti (İÜC) Partiyasının konqresini hədəf alan intiharçı hücumda həyatını itirənlərin sayı 54-ə yüksəlib.

Sitat.info xəbər verir ki, "Geo News" televiziyasında yer alan xəbərə görə, dünən Xayber Paxtunxvanın Bajaur bölgəsində İÜC üzvlərinin konqresə qarşı təşkil etdiyi intihar hücumunda ölənlərin sayı 54-ə yüksəlib, 14 nəfər isə ağır yaralanıb.

Rəsmilər, əldə edilən məlumatların 200-dən çox insanın yaralanması ilə nəticələnən intihar hücumunun arxasında terror təşkilatı DEAŞ-ın olduğunu göstərdiyini açıqlayıb.

Hücumda əli olduğu iddia edilən 3 nəfər saxlanılıb.

Digər tərəfdən, intihar hücumunun Çin Baş nazirinin müavini He Lifengın Pakistana gəlişindən bir neçə saat əvvəl baş verməsi diqqət çəkib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti