Səudiyyə Ərəbistanı 12 ölkə üçün elektron viza müraciətinə başlayıb

14:30 31 İyul 2023

Səudiyyə Ərəbistanı Türkiyə də daxil olmaqla 12 ölkədə iş, səfər və yaşayış vizalarının artıq A4 kağızı üzərində QR kodlarla veriləcəyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Səudiyyə Ərəbistanı mülki aviasiya idarəsindən verilən açıqlamada iş, səfər və yaşayış vizalarının QR kodlu A4 kağızında veriləcəyi bildirilib.

Açıqlamada qeyd olunub ki, sözügedən vizalar üçün Türkiyə, Pakistan, Yəmən, Sudan, Uqanda, Livan, Nepal, Keniya, Mərakeş, Tayland, Vyetnam və Şri-Lankadakı nümayəndəlik və konsulluqlarda elektron viza müraciətinə başlanılıb.

Bildirilib ki, qərarın icra tarixi ölkələrə görə fərqlidir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti